Oqtay Əsədov Sankt-Peterburqa gedəcək

Oqtay Əsədov Sankt-Peterburqa gedəcək
# 09 mart 2017 09:16 (UTC +04:00)

Martın 27-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının (PA) 25 illiyinə həsr olunmuş təntənəli iclas keçiriləcək.

APA-nın MDB PA-nın saytına istinadən verdiyi məlumata görə, tədbirdə üzv ölkələrin parlament sədrləri iştirak edəcək.

Bu çərçivədə MDB PA-nın 46-cı plenar iclası və MDB PA Şurasının iclası da olacaq. Plenar iclas zamanı MDB PA-nın daimi komissiyaları tərəfindən təsdiqlənən model qanunlar və tövsiyələrə aid 12 layihəyə baxılacaq. MDB PA Şurasının yığıncağında “MDB Parlamentlərarası Asambleyasının 25 illiyi barədə” bəyanat qəbul ediləcək.

Toplantılarda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun da iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR