Nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, dövlət rüsumu minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə burada nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün 10 manatdan 20 manata, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün 5 manatdan 10 manata qaldırılır.
İndiyə qədər yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Artıq bu məsələ də qanunla tənzimlənəcək.
Beləliklə, dövlət rüsumu yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:
- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;
- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.
Bu rüsumlar Nazirlər Kabineti tərəfindən təsdiqlənən və indiyə qədər qüvvədə olan (31 iyul 2018-ci il , № 336 saylı qərar) dövlət rüsumları ilə eynidir. Ancaq artıq bu qanunla müəyyən olunacaq dövlət rüsumunun məbləğlərinə minik avtomobillərinin istehsal tarixindən asılı olaraq aşağıdakı əmsallar tətbiq ediləcək:
- istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
- istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
- istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
Başqa sözlə, istehsal tarixi 4 ildən çox olan avtomobillərdən başlayaraq dövlət rüsumunun məbləği azalacaq.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub
Köhnə avtomobillərin qeydiyyatı üçün dövlət rüsumu azaldılır
Maliyyə
Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb
ADB Azərbaycanı da əhatə edən yeni süni intellekt layihəsinə başlayır
Bu günün valyuta məzənnələri
Birbank Biznes kartları sahibkarlar üçün mədaxil limitlərindən istisnadır
Xəbər Lenti
Sabirabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB
Prezident İlham Əliyev Buxarada səfərdədir - VİDEO
Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, 3 nəfər saxlanılıb
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb
Prezident İlham Əliyev Zelenskini təbrik edib
Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub
Paşinyan Ermənistan dəmir yolu ilə bağlı Rusiyaya çağırış edib
DSMF: Bütün sosial ödənişlərin sabah ödənilməsi nəzərdə tutulur
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlayıb
Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb
Oman xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır
Xalq artisti Şükufə Yusupova palataya köçürülüb, vəziyyəti stabildir
Rusiya ordusu Odessaya raket və dron zərbələri endirib
ADB Azərbaycanı da əhatə edən yeni süni intellekt layihəsinə başlayır
Azərbaycan nümayəndə heyəti Buxarada tarixi Ark qalasını ziyarət edib - FOTO - VİDEO
Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün əlavə 6,1 milyard avro ayırıb
Qızılın qiyməti son üç ayın ən yüksək səviyyəsinə yüksəlib
FHN: Ötən həftə 36 nəfər xilas edilib, 6 nəfərin meyiti təhvil verilib
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir
DSMF: 110,7 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
S&P: TRIPP layihəsi regional ticarət və investisiyaları dəstəkləyə bilər
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələnib
Bərdədə maşın vuran piyada xəstəxanada ölüb
Bu günün valyuta məzənnələri
Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürüb
Bu gün Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunun bir sıra ərazilərinə işıq olmayacaq
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Neft 1 dollardan çox ucuzlaşıb
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin"in qiyməti 77 min dollara yaxınlaşıb
Britaniya Ukraynaya “SCALP” raketlərinin istehsalı üçün məlumatları ötürəcək
Zelenski Norveçlə dron sahəsində razılaşma əldə edildiyini açıqlayıb
ABŞ İrana qarşı “maliyyə hücumuna” keçmək niyyətindədir
İranda qış iğtişaşlarının iştirakçısı edam edilib
Hindistanda BRİCS ölkələrinin ənənəvi və milli idman növləri üzrə oyunları keçiriləcək
Tramp gələn ay İrlandiyaya səfər edəcək
Exit-poll: Qazaxıstan parlamentinə beş partiya düşə bilib
Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mediasının gündəmi olub
Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
İran Hörmüz boğazından keçid qaydalarını pozan gəmiləri müsadirə edə bilər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda yaşayış binasında yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq olub - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - VİDEO
Ankarada meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb