Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib

Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib
# 24 yanvar 2017 02:57 (UTC +04:00)

Barak Obama prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar göndərib.

APA-nın xəbərinə görə, bu barədə “Assosiated Press” agentliyinə məlumatlı mənbələrdən bildiriblər.

ABŞ administrasiyası bununla bağlı Konqresi yanvarın 20-si, səhər saatlarında, Donald Trampın inauqurasiyasından öncə məlumatlandırıb.

Qeyd olunur ki, Respublikaçılar partiyası dəfələrlə Fələstin muxtariyyətinə maliyyə vəsaitinin ayrılmasının əleyhinə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR