Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

 Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib
# 16 mart 2018 17:01 (UTC +04:00)

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində son həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında aparılan sorğunun qalibi "Barselona"nın lideri Lionel Messi olub.

Argentinalı futbolçu respondentlərin 79 faiz səsini toplayıb ki, bu da onu əlçatmaz edib. Messini 11% səslə "Sevilya"nın hücumçusu Vissam Ben-Yedder izləyib. Həmçinin Tomas Müller ("Bavariya") 6, Edin Dzeko ("Roma") isə 3% səs toplayıb.

Qeyd edək ki, "Çelsi" ilə cavab qarşılaşmasında 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalana Lionel Messi 3:0 hesablı qələbənin memarı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR