Dələduzluqda təqsirləndirilən vəkilin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Dələduzluqda təqsirləndirilən vəkilin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 19 aprel 2016 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən vəkil Mənsum Bayramovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məhkəmənin baxış iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mənsum Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilən Mənsum Bayramov Vəkillər Kollegiyasının üzvü olub. Hökmdən narazı qalan M. Bayramov cəzasının azaldılması üçün apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR