Tarixi Muzeyinə antik qadın bəzək əşyaları daxil olub

Tarixi Muzeyinə antik qadın bəzək əşyaları daxil olub
# 18 fevral 2016 10:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna antik qadın bəzək əşyaları qəbul olunub. Muzeydən APA-ya verilən xəbərə görə, arxeoloji qazıntılar və təsadüfi tapıntılar zamanı əldə olunan antik qadın bəzək əşyaları Azərbaycanın qədim tarixini, maddi-mədəniyyətini əks etdirən nadir bədii metalişləmə nümunələridir.

Bildirilib ki, muzeyə qəbul olunan antik eksponatlar Şirvan bölgəsinin Nərgizava abidəsindən tapılıb: “Qadın bəzək nümunələri olan metal bilərziklərdən ibarətdir”.

Muzeyin Arxeologiya Fondunun müdiri, arxeoloq Nasir Quluzadənin dediyinə görə, bu bilərziklər tuncdan olub, Nərgizava nekropolunu e.ə. III-II əsrlərini əhatə edir: “Bilərziklərdən maraq doğuran birinin sonluğunun əjdaha və ya yırtıcı heyvan başı ilə tamamlanmasıdır. Əldə olunan antik bilərziklər elmi cəhətdən tədqiq olunub, hazırda Muzeyin Arxeologiya fonunda qorunub saxlanılır. Bu bədii metalişləmə nümunələri antik dövrdə Şirvan sənətkarlığının inkişaf etdiyini sübut edir və Azərbaycanda bədii metalişləmə sənətinin inkişaf tarixini öyrənmək üçün dəyərli mənbə rolunu oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR