Kaladze: "Cənubi Qafqaz Boru Kəməri" konsorsiumu ilə danışıqlarımız fəallaşıb"

Kaladze: "Cənubi Qafqaz Boru Kəməri" konsorsiumu ilə danışıqlarımız fəallaşıb"
# 06 fevral 2016 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstanın Azərbaycandan əlavə qaz həcmlərinin alması ilə bağlı müxtəlif beynəlxalq enerji şirkətlərinin də daxil olduğu "Cənubi Qafqaz Boru Kəməri" konsorsiumu ilə aparılan danışıqlar çox fəal fazadadır.

APA-Economics” “Georgia Online” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

“Biz çoxdandır ki, konsorsiumla qaz kəmərləri ilə əlavə qaz həcmlərinin alınması barədə danışırıq. 2011-ci ildə bir neçə dəfə müxtəlif beynəlxalq şirkətlərin birləşdiyi konsorsiuma müraciət etmişik, ancaq hər dəfə yazılı imtina cavabı alırdıq. Hazırda isə biz olduqca fəal fazadayıq. Görək, bizə əlavə qaz həcmləri almaq imkanı verəcəklərmi?”,

- deyə K. Kaladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR