Məhkəmə ANS-in şikayətlərini təmin etməyib

 Məhkəmə ANS-in şikayətlərini təmin etməyib
# 16 mart 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti əsasında iki məhkəmə prosesi keçirilib. MTRŞ-nin hüquqlarını məhkəmədə müdafiə edən vəkil Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, məhkəmə şikayətləri təmin etməyib.

T. Mirzəzadə bildirib ki, MTRŞ ANS ÇM radiosunda reklam vaxtına əməl olunmaması ilə bağlı yayım şirkətinin cərimələnməsi barədə qərar qəbul edib. Lakin həmin qərarlarla razılaşmayan şirkət Səbail rayon Məhkəməsinə müraciət edib. Müraciətdə işə xitam verilməsi istənilib. Məhkəmə ANS-in iddiasını qismən təmin edərək, qərarı yenidən baxılması üçün MTRŞ-ya qaytarıb. Apellyasiya şikayətləri həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR