“Həzrəti Sabir” kimi tanınan falçı məhkəmə zalından azadlığa buraxılıb

“Həzrəti Sabir” kimi tanınan falçı məhkəmə zalından azadlığa buraxılıb
# 07 aprel 2016 16:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən, “Həzrəti Sabir” kimi tanınan Sabr Abbasovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin edərək cəzasını 3 il 3 aydan 1 il 1 ay 15 günə endirib və həmin müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin fevral ayında Daxili İşlər Nazirliyiin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqda təqsirləndirilən Sabir Abbasovu saxlayıb. “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrəti Sabir” kimi təqdim edən Sabir Abbasov vətəndaşların etibarından sui-istifadə edərək falçılıqla məşğul olmaqda günahlandırılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə S.Abbasov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR