Milli Məclisin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb
# 23 dekabr 2015 07:18 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, dekabrın 29-da keçiriləcək iclasın gündəliyinə 28 məsələ daxildir.

Bunlar yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət rüsumu haqqında”, “Polis haqqında” və digər qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR