KİV: "Fluxys" DESFA-da pay almaq üçün Avropa İnvestisiya Bankından vəsait cəlb edir

KİV: "Fluxys" DESFA-da pay almaq üçün Avropa İnvestisiya Bankından vəsait cəlb edir
# 18 dekabr 2015 09:03 (UTC +04:00)

Bakı - APA-Economics. Belçikanın "Fluxys" konsorsiumu Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA-da pay almaqda olduqca israrlıdır və bunun üçün müxtəlif variantlara əl atır.

"APA-Economics"in xəbərinə görə, bu barədə Belçikanın "De Tijd" qəzeti yazır.

Qəzet yazır ki, "Fluxys" DESFA-da pay almaq üçün Avropa İnvestisiya Bankından vəsait cəlb etmək niyyətindədir.

"Avropa Komissiyası SOCAR tərəfindən DESFA-nın 66%-nin özəlləşdirilməsinə əngəl oldu. SOCAR-ın əldə etmək istədiyi paya şərik çıxmaqda "Fluxys" israrlıdır. "Fluxys" minoritar səhmdar kimi DESFA-nın səhmdarları sırasına daxil olarsa, rəsmi Brüssel də bu məsələ ilə bağlı etirazlarını dayandırar", - qəzet yazır.

Qeyd edək ki, bu ilin avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.

Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR