Azərbaycan millisi reytinq siyahısında geriləyib

Azərbaycan millisi reytinq siyahısında geriləyib
# 08 fevral 2016 09:47 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunlarından sonra milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 12-ci pillədə qərarlaşıb.

Komandamızın hesabında 1401 xal var. Serbiyadakı qitə çempionatında İtaliyaya 0:3 hesabı ilə uduzub, Çexiyanı 6:5 hesabı ilə məğlub edən millimiz ötən ayla müqayisədə hesabına 13 xal əlavə edib.

1/4 finala yüksələn yığmamız dünya reytinqində mövqeyini əldən verib. Belə ki, 13 xal qazanmasına baxmayaraq, yığmamız 1 pillə geriləyib. Ötən ay 11-ci olan komandamızın bu aqibəti yaşamasına səbəb isə Serbiyadı. Balkanlılar 2 pillə irəliləyib, Azərbaycanla Paraqvayı arxada qoyub. Sonuncular Qazaxıstanı da önə buraxıb.

Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir – 1923 xal.

Dünyanın ən güclü 15 millisi

1. İspaniya - 1928

2. Braziliya - 1909

3. Rusiya – 1734

4. İtaliya – 1700

5. Argentina – 1624

6. İran - 1609

7. Portuqaliya - 1555

8. Ukrayna – 1508

9. Yaponiya – 1427

10. Kolumbiya – 1424

11. Serbiya - 1415

12. AZƏRBAYCAN – 1401

13. Qazaxıstan – 1366

14. Paraqvay – 1361

15. Sloveniya - 1336

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR