Bakı -Quba yolunda 79 yaşlı piyadanı maşın vuraraq öldürüb

Bakı -Quba yolunda 79 yaşlı piyadanı maşın vuraraq öldürüb
# 20 aprel 2016 20:56 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Bakı -Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 44 -cü km -də, Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

1937 -ci il təvəllüdlü Əlişirin Qasımovu maşın vurub. Piyada hadisə yerində ölüb. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR