Rauf Mirqədirov məhkəmədən bəraət istəyib

Rauf Mirqədirov məhkəmədən bəraət istəyib
# 16 mart 2016 12:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı olub.

Vəkil Fuad Ağayev prosesdən sonra bildirib ki, o və Rauf Mirqədirov məhkəməsən bəraət hökmü çıxarılmasını xahiş edib, dövlət ittihamçısı isə hökmün qüvvədə saxlanmasını istəyib.

Məhkəmə müşavirəyə gedib.

Qərar sabah elan olunacaq.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR