Kolumbiya Senatının vitse-prezidenti: “Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəyik”

Kolumbiya Senatının vitse-prezidenti: “Dağlıq Qarabağ məsələsində Azərbaycanla həmrəyik”
# 29 sentyabr 2016 16:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən APA-ya verilən məlumata görə, Z. Əəsgərov görüşdə bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir, bu məsələlər forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar.

O qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədərdir. Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.

Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendes bildirib ki, Kolumbiyada Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər: “Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən çox əziyyət çəkmiş ölkədir”.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR