Pyotr Poroşenko BMT-də Rusiyanın Ukraynaya qarşı müharibə apardığını deyib

Pyotr Poroşenko BMT-də Rusiyanın Ukraynaya qarşı müharibə apardığını deyib
# 29 sentyabr 2015 20:46 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pyotr Poroşenko BMT Baş Assambleyasının 70-ci sessiyasında ingilis dilində çıxış edib. O nitqində Rusiyanın Ukraynaya qarşı müharibə apardığını qeyd edib: “Bu vətəndaş müharibəsi deyil, bu heç daxili münaqişə də deyil”.

Onun sözlərinə görə, Moskva bu dəfə artıq Ukraynanın Donbas bölgəsində yeni düşüncəsiz oyun aparır.

“Bu işğalçı müharibənin mənim ölkəmə, Ukraynaya qarşı aparılmasına heç bir şübhə yoxdur”, deyə Poroşenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR