İsrailin Azərbaycandakı səfiri “APA Holdinq”də olub - FOTOSESSİYA

İsrailin Azərbaycandakı səfiri  “APA Holdinq”də olub - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 14:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stav bu gün “APA Holdinq”də olub.

APA-nın məlumatına görə, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı İsrailin Azərbaycandakı yeni səfirini şirkətdə salamlamaqdan məmnun olduğunu bildirib. O qeyd edib ki, şirkətlə səfirlik arasında həmişə yaxşı əməkdaşlıq olub. Qonağa şirkət barədə məlumat verən V. Mahirqızı İsrail mediası ilə əməkdaşlıq vəziyyətinə də toxunub.

Səfir Dan Stav şirkətin rəhbərinə geniş məlumat üçün təşəkkür edib. Onun sözlərinə görə, ölkəsində medianın rolu çox böyükdür: “Azərbaycanda da bunun belə olduğunu görürəm. Azərbaycanda bu cür yüksək səviyyəli xəbər agentliklərinin olmasından məmnunam. Bizim media, o cümlədən APA ilə əməkdaşlığımız davam edəcək. Fikrimizi 9 milyondan çox Azərbaycan xalqına medianın, sizin vasitənizlə çatdıra bilərik. Bu kimi görüşləri keçirmək çox vacibdir və biz bu əlaqələrin genişlənməsini istərdik”.

Görüşdə yeni media, medianın ictimai-siyasi həyatda rolu, "APA Holdinq"lə əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR