ABŞ və İran arasında birbaşa hava əlaqəsi 37 ildən sonra bərpa edilir

ABŞ və İran arasında birbaşa hava əlaqəsi 37 ildən sonra bərpa edilir
# 25 yanvar 2016 07:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ və İran arasında birbaşa hava əlaqəsi bərpa edilə bilər.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Mülki Aviasiya İdarəsi bu barədə ABŞ nümayəndələri ilə müzakirələr aparır. Bildirilir ki, İslam inqilabına kimi Tehrandan Nyu-Yorka gündəlik reyslər həyata keçirilib.

Ötən gün İranın nəqliyyat naziri Əsgər Fakriye Kaşan İranın “Boing” şirkətindən 100-dən çox təyyarə almaqda maraqlı olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR