Misirdə mikroavtobusla yük maşını toqquşub, 18 nəfər ölüb

Misirdə mikroavtobusla yük maşını toqquşub, 18 nəfər ölüb
# 10 mart 2016 00:01 (UTC +04:00)

Bakı-APA. Misirdə dəhşətli yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Sinay yarımadasının cənub hissəsində qeydə alınıb.

Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 18 nəfər ölüb. Onlardan 12-si polis əməkdaşları, 4 isə tələbələrdir. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR