Yol polisi: Azərbaycanın bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır

Yol polisi: Azərbaycanın bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır
# 04 yanvar 2016 07:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın bütün magistral yolları nəqliyyatın hərəkəti üçün açıqdır.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Məlumatda bildirilir ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda səhər və axşam saatlarında buzlaşma müşahidə olunur. Lakin buna baxmayaraq, magistralda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb.

Yol polisi hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və sürət həddinə diqqət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR