Yəməndə terror aktı nəticəsində 16 əsgər ölüb

Yəməndə terror aktı nəticəsində 16 əsgər ölüb
# 09 noyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Yəmənin şərqində Marib vilayətində yola qoyulan bombanın partlaması nəticəsində hökumət ordusunun 16 əsgəri ölüb. APA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Bildirilir ki, partlayış zamanı daha 6 əsgər yaralanıb. Məlumata əsasən hadisədən xəsarət alan əsgərlər ordu düşərgəsində növbə çəkənlərdir. Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR