Bakıda “5-ci Birləşmiş Krallıqda Təhsil” sərgisi keçirilir - FOTOSESSİYA

Bakıda “5-ci Birləşmiş Krallıqda Təhsil” sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 07 noyabr 2015 11:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda “5-ci Birləşmiş Krallıqda Təhsil” sərgisi keçirilir.

APA-nın xəbərinə görə, sərgi "British Council" Azərbaycanın təşkilatçılığı ilə baş tutub. Sərginin rəsmi açılış mərasimində Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nicat Musayev, Böyük Britaniya səfirliyinin nümayəndəsi Nevil Boldvin, "British Council" Azərbaycanın direktoru Elizabet Vayt, eləcə də biznes təşkilatları, ali təhsil məktəblərinin nümayəndələri və gənclər iştirak edib.

Elizavet Vayt Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin yollarından danışıb.

Səfirliyin nümayəndəsi Nevil Boldvin sərgi iştirakçılarına səfirin xoş arzularını çatdırıb. O bildirib ki, sərgidə 30-a yaxın universitet iştirak edir. Onlardan 7 universitet ilk dəfə öz nümayəndələri vasitəsilə sərgidə təmsil olunur.

Dəstəyə görə Azərbaycan Təhsil Nazirliyinə təşəkkür edən N. Boldvin son 10 ildə 5 minə yaxın britaniyalı tələbənin Azərbaycanda təhsil aldığını bildirib. Onun sözlərinə görə, hazırda 800 azərbaycanlı tələbə Böyük Britaniya universitetlərində təhsil alır.

“Bu, artan əlaqələrin göstəricisidir,”-deyə N. Boldvin əlavə edib.

Qeyd edək ki, “5-ci Birləşmiş Krallıqda Təhsil” sərgisi sabah da davam edəcək. Sərgidə Böyük Britaniyanın Top 30 universitetinin yarısı da daxil olmaqla kollec, məktəb və dil kursları iştirak edir.

Sərgi iştirakçıları təhsil planlaşdırılması, düzgün ixtisas seçimi, təhsil, praktika perspektivləri, eləcə də viza və yerləşmə ilə bağlı məsləhətlər ala biləcəklər.

Bununla yanaşı, universitet nümayəndələri tərəfindən təhsil və karyera yönümlü seminarların təşkil edilməsi də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR