Bu il Azərbaycanın 390-dan artıq yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il Azərbaycanın 390-dan artıq yaşayış məntəqəsi qazlaşdırılıb
# 08 dekabr 2015 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur. Təkcə cari ilin noyabr ayında 121, ötən 11 ayda isə 392 yaşayış məntəqəsi qazlaşdırılıb.

Yevlax rayonunun 32-ci sahə adlanan hissəsinin və Yaldilli kəndinin genişlənən hissəsinin, Oğuz rayonunun şərq və qərb istiqamətində genişlənən hissəsinin, İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan hissəsinin, Yardımlı rayonunun Urakəran, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Ucar rayonunun Qarabörk, Masallı rayonunun Birinci Səmədxan, Qəbələ rayonunun Vəndam və Nohurqışlaq kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması uğurla başa çatdırıb. Görülmüş işlərin nəticəsidir ki, Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonları üzrə qazlaşma səviyyəsi 100%-ə çatdırılıb. Digər rayonların tam qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR