Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda II "İran Project" sərgisi işinə başlayıb.
"APA-Economics" xəbər verir ki, sərgidə İranın neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə şirkətləri öz məhsullarını nümayiş etdirilir.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev "APA-Economics"ə açıqlamasında bildirib ki, sərgidə 50-dən çox İran şirkəti iştirak edir. "Ümumiyyətlə, bu cür tədbirlər iqtisadi əlaqələrin genişlənməsi, ticarət və investisiya əməkdaşlığının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir", - deyə nazir müavini qeyd edib.
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə toxunan S. Babayev qeyd edib ki, cari ilin 7 ayı ərzində ticarət dövriyyəsi 70% artıb: "Azərbaycandan İrana ixracın həcmi ikiqat artdığı halda, qonşu ölkədən Azərbaycana idxalın həcmi 58% artıb".