Kəmaləddin Heydərov Fransanın Azərbaycanda yeni səfiri ilə görüşüb

Kəmaləddin Heydərov Fransanın Azərbaycanda yeni səfiri ilə görüşüb
# 15 dekabr 2015 11:39 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov Fransanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə xanım Orelia Buşezi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə səfirə ətraflı məlumat verib.

Öz növbəsində, O. Buşez bildirib ki, Fransanı ölkəmizdə təmsil etməkdən qürur hissi duyur. Səfir əlavə edib ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən FHN-lə Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR