Çexiya İraqa 6600 avtomat göndərib

Çexiya İraqa 6600 avtomat göndərib
# 20 mart 2016 03:22 (UTC +04:00)

Bakı-APA. Göyərtəsində 6600 avtomat və patronlarla yüklənmiş təyyarə Çexiyanın Paribitse şəhərindən Bağdada yola düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yardım Çexiya hökuməti tərəfindən İraqa İŞİD-lə mübarizəyə yardım məqsədi ilə ayrılıb.

Məlumata görə, ötən il Çexiyadan İraqa 500 ton silah-sursat göndərilib.

Bundan başqa, mayda İraqa 30 çexiyalı avia təlimatçısı göndəriləcək. Onlar yerli pilotlara “L-159” hərbi təyyarələrinin idarə edilməsinə dair təlim keçəcəklər.

Qeyd edək ki, Çexiya İraqa 15 bu tip təyyarə satıb. Onlardan ikisi artıq Balad şəhərinin aviabazasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR