"Azercell" prezidenti: "Gəlirlərimiz azalıb"

"Azercell" prezidenti: "Gəlirlərimiz azalıb"
# 24 fevral 2016 08:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "İqtisadi böhran "Azercell" şirkətinə də təsir edib və bunun nəticəsində şirkətimizin gəlirləri azalıb". "APA-Economics” xəbər verir ki, bu "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev bu gün keçirilən mətbuat konfransında bildirib.


"Şirkətimiz ötən il telekommunikasiya sektorunun inkişafına 68 milyon manat sərmayə yatırıb. Dövlət büdcəsinə isə 123 milyon manat vergi ödəyib. Ötən il qlobal iqtisadi çətinliklər şirkətimizin gəlirlərinin azalmasına səbəb olub. Bu proses hələ də davam etməkdədir. Lakin iqtisadi çətinliklər şirkətimizin fəaliyyətinə, xidmət sahəsinə heç bir problem yaratmayacaq", - deyə V. Mürsəliyev bildirib.

Şirkətin prezidenti deyib ki, yaranmış vəziyyət "Azercell"də ixtisarların aparılmasına səbəb olub: "İqtisadi çətinliklərlə bağlı personalımızın 8%-ini ixtisar etdik. Bu, həyatımda verdiyim ən ağır qərarlardan biri idi. Lakin biz işçilərimizi işdən atmadıq. Onlara kompensasiya verdik. Hal-hazırda da onlara pulsuz treninqlər keçirik və şirkətdən ayrılan işçilərin işlə təminatına çalışırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR