Latviya prezidenti Azərbaycanın dövlət başçısına başsağlığı məktubu göndərib

Latviya prezidenti Azərbaycanın dövlət başçısına başsağlığı məktubu göndərib
# 16 dekabr 2015 11:02 (UTC +04:00)

Bakı – APA. Latviya prezidenti Raymonds Veyonis Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Günəşli” neft yatağındakı platformada dəhşətli yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına Latviya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Bizim ürəklərimiz həlak olan insanların ailələri ilə birlikdədir və xəsarət alanların tez bir zamanda sağalmasını arzu edirik. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR