Azərbaycanda qaçqın statusu almış şəxsələrə yeni güzəştlər tətbiq olunur

Azərbaycanda qaçqın statusu almış şəxsələrə yeni güzəştlər tətbiq olunur
# 02 oktyabr 2015 14:46 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun 6-cı maddəsinə beşinci hissə əlavə edilir.

Yeni hissəyə görə, “Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər”.

Layihə Milli Məclisin oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR