Türkiyə Avstriyadakı səfirini geri çağırır

Türkiyə Avstriyadakı səfirini geri çağırır
# 22 avqust 2016 20:25 (UTC +04:00)

Bakı-APA. Türkiyə Avstriyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Son hadisələrlə əlaqədar biz Vyanadakı səfirimizi həm məsləhətləşmələr üçün, həm də Avstriya ilə münasibətlərə yenidən baxılması üçün geri çağırmışıq”, deyə M.Çavuşoğlu bildirib.

Reuters agentliyinin məlumatına görə, Türkiyə xarici işlər idarəsinin rəhbəri bu gün bildirib ki, səfir həmçinin Avstriyada avqustun 19-da keçirilən PKK-ya dəstək aksiyası ilə əlaqədar geri çağırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR