Nazir: Neft hasilatı 1 il müddətinə dondurula bilər

 Nazir: Neft hasilatı 1 il müddətinə dondurula bilər
# 29 sentyabr 2016 02:29 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 28-də Əlcəzairdə, beynəlxalq energetika forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüş zamanı neft hasilatının 6 aydan 1 il müddətinədək dondurulması müzakirə edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın neft sənayesi naziri Cabbar əl-Laibi bildirib.

“Görüşdə hasilatın altı, doqquz və bir il müddətinə dondurulmasına dair təkliflər səsləndi. Yekun qərar OPEC-ə üzv ölkələrin noyabrda baş tutacaq görüşündə verilə bilər”, deyə nazir bildirib.

OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar. OPEC-in baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. M.Barkindo bildirib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR