Bu gün axşam Bakıda daha bir yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bu gün axşam Bakıda daha bir yolda hərəkət qismən məhdudlaşdırılacaq
# 23 may 2016 16:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək ) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR