Rusiyada atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Rusiyada atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 29 may 2016 05:30 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərinin yaranmasının ildönümü ilə əlaqədar bayram tədbirində təşkil olunan atəşfəşanlıq zamanı baş vermiş bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident ötən gün gecəyarısı bayram atəşfəşanlığı zamanı baş verib. Belə ki, atəşfəşanlıqda istifadə olunan mərmilərdən biri insan kütləsinə dəyib. Nəticədə, bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR