Azərbaycanın sığorta bazarının 60%-dən çoxu könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 60%-dən çoxu könüllü formalaşıb
# 20 oktyabr 2015 09:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 211,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 128 mln. manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 16,3% böyüyüb.

9 ayda ümumi ödənişin 74,5%-i və ya 94,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 10,5% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 32,5 mln. manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,9 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,1 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,7 manatdan 25,4 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR