Toğrul Türkeş: “Bundan sonra da Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyik”

Toğrul Türkeş: “Bundan sonra da Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyik”
# 06 aprel 2016 12:25 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək”.

APA-nın məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Toğrul Türkeş İstanbulda Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçirilən XIX Avrasiya İqtisadiyyat Zirvəsindəki çıxışında deyib. T. Türkeş son günlərdə Dağlıq Qarabağda, təmas xəttində baş verən gərginliklərə görə narahatlıq keçirdiklərini bildirib, erməni işğalçılarının növbəti təxribatlarını kəskin pisləyib. “Mən haqlı mübarizədə şəhid olmuş Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyirəm, ailələrinə və bütövlükdə Azərbaycana başsağlığı verirəm”.

Qeyd edək ki, İstanbulda XIX Avrasiya İqtisadiyyat Zirvəsi başlayıb. Tədbir iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan prezidentinin təbrik məktubunu oxuyub. Toplantıda Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR