NATO Dağlıq Qarabağda atəşin dayandırılmasını müsbət qiymətləndirib

NATO Dağlıq Qarabağda atəşin dayandırılmasını müsbət qiymətləndirib
# 06 aprel 2016 02:46 (UTC +04:00)

Bakı-APA. NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağda atəşin dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin bir daha gərginləşməsinə yol verməməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə onun bəyanatında bildirilir.

“Mən tərəfləri atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinlik nümayiş etdirməyə və yeni gərginliyə yol verməməyə çağırıram” , - deyə məlumatda bildirilir.

Stoltenberq qeyd edib ki, NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

“Tərəflər danışıqlar masasına dönməli və hərtərəfli nizamlanma yollarını tapmalıdırlar”, - deyə Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR