“Son illər 24 ixtisaslaşdırılmış peşə təhsili mərkəzi yaradılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.
Təhsil naziri deyib ki, Bakıda Peşə Təhsili Mərkəzinin tikintisi bu ilin sentyabrında başa çatdırılıb: “Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Peşə təhsilinin əhatə dairəsinin genişlənməsi istiqamətində tədbirlər davam edir”.
Təhsil naziri nəzərə çatdırıb ki, ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində xərclər 30 faiz artırılıb: “Hazırda ali məktəblərdə ödənişli təhsil alan imkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına təmin edilir”.
Ceyhun Bayramov: "İmkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir"
24 dekabr 2019 12:24 (UTC +04:00)
Sosial
DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10:59
9 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncamda nəzərdə tutulan birdəfəlik maddi yardım ödənilib
10:04
9 may 2024
Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
18:30
8 may 2024
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib
17:29
8 may 2024