Beyləqanda minik avtomobili mikroavtobusla toqquşub, ölən var

Beyləqanda minik avtomobili mikroavtobusla toqquşub, ölən var
# 04 yanvar 2017 10:43 (UTC +04:00)

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 3-də saat 08 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən həmyerlisi İlham Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusa vurub.

Nəticədə M. Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR