Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
# 20 mart 2020 09:42 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

APA-nın məlumatına görə, təbrik Birinci vitse-prezidentin “Instagram” səhifəsində yerləşdirilib.

Təbrikdə bildirilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR