Astara-Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb

Astara-Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb
# 10 aprel 2018 13:05 (UTC +04:00)

Azərbaycan və İran Dəmir Yolları İdarəsi və Gömrük rəhbərliyi müştərək iclas keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranın Astara şəhərində dəmir yolu yükləmə terminalında baş tutan görüşdə Astara (Azərbaycan)- Astara (İran) dəmir yolu layihəsinin son vəziyyəti haqqında müzakirə aparılıb.

Görüşdə İranın Astara şəhərinin meri Yunis Rənckeş, Gilan əyalətinin Gömrüyə nəzarət idarəsinin rəhbəri Əbulqsilm Yusifinejad və Azərbaycanın Dəmir Yolları Cəmiyyətinin nümayəndələri iştirak edib.

Astara şəhərinin meri Y.Rənckeş Astara-Astara dəmir yolu layihəsinin önəmindən danışıb: "Bu layihənin icrası üçün ölkə iqtisadiyyatının inkişafına dəstək məqsədilə Astara şəhərində layihənin qarşısında olan bütün maneələrin aradan qaldırılmasına yardım etməyə hazırıq".

O bildirib ki, İran hökuməti bu layihənin icrasını dəstəkləyir: "Buna baxmayaraq bəzi kiçik problemlər qalmaqdadır və dövlət orqanları arasında koordinasiya yoxdur. Bu Astara şəhəri üçün də nəqliyyatın hərəkətində bəzi problemlər yaradır. Ümid edirik ki, tezliklə problemlər öz həllini tapacaq".

Azərbaycan Dəmir Yolları İdarəsinin nümayəndəsi isə bildirib ki, Astara-Astara dəmir yolu xətinin Rəzvin-Rəşt dəmir yoluna birləşməsi Şimal-Cənub dəhlizinin əhəmiyyətini artıracaq: "Hazırda Astara – Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb. Çalışırıq ki, İran dövlətinin əməkdaşlığı ilə həm yük terminalının, həm də dəmir yolunun təkmilləşməsi işlərini sürətləndirək.”

O bildirib ki, Azərbaycan Astara-Astara dəmir yolunun təkmilləşdirilməsi istiqamətində öhdəliyini qısa zamanda yerinə yetirməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR