Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi keçiriləcək

Bakıda Koreya kənd təsərrüfatı məhsullarının nümayişi keçiriləcək
# 20 sentyabr 2017 14:24 (UTC +04:00)

Bakıda 27 sentyabr Ümumdünya Turizm günü münasibətilə Koreya Respublikasının Səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), Dream Trading (koreya qida məhsullarının ixracını həyata keçirən şirkət), Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd işləri Nazirliyi tərəfindən Koreya Kənd Təsərrüfatı məhsullarının nümayişi təşkil olunacaq.

Koreyanın Azərbaycandakı səfirliyindən APA-a verilən xəbərə görə, Koreya mədəniyyətini özündə əks etdirən tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qız Qalası yaxınlığında saat 11:00-dan 18:00-a qədər şəhər sakinləri və qonaqlarına təqdim ediləcək.

Tədbirdə şəhər sakinləri Koreya kənd təsərrüfatı məhsullarının dadına baxmaq və Koreya milli çay mədəniyyətinin nümayişini izləmək imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR