Azərbaycanda istirahət günləri 4 nəfər suda boğulub

Azərbaycanda istirahət günləri 4 nəfər suda boğulub
# 10 avqust 2015 12:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda şənbə və bazar günləri 4 nəfər suda boğulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Astara rayon sakini Cavid Əlizadə Lənkəran rayonunun Siyavər kəndinin dəniz çimərliyində, Lənkəran rayonunun Vel kənd sakini Asəf Göyüşov elə həmin kəndin ərazisindəki dəniz çimərliyində, Bakı şəhər sakini Aqil Mahmudov Xəzər rayonunun Şüvəlan dəniz çimərliyində çimərkən, Ağdaş rayonunun Yuxarı Qəsil kəndində Mələk Kərimova isə su arxına yıxılaraq boğulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR