Tramp Şimali Koreyaya dair planlarını açıqlamaqdan imtina edib

Tramp Şimali Koreyaya dair planlarını açıqlamaqdan imtina edib
# 18 aprel 2017 01:17 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı planlarını açıqlamayacağını, atacağı addımları barədə isə əvvəlcədən məlumat verməyəcəyini bəyan edib.

APA-nın xəbərinə görə, o bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən fikirlərim və qərarlarım barədə əvvəlcədən məlumat vermək niyyətində deyiləm. Mən digər administrasiya rəhbərləri kimi dörd həftə sonra nə edəcəyimi bəyan edənlərdən deyiləm. Belə yanaşma işləmir. Sülhə ümid edirəm. Amma bilirsiniz, o centlmenlə artıq uzun müddətdir ki, nəticəsiz söhbətlər aparılır. O özünü qalib sayır. Görək nə baş verəcək. Hər halda mən niyyətimi açıqlamayacam”, deyə D.Tramp vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR