Hindistanda avtobusun dərəyə düşməsi nəticəsində ən azı 7 nəfər ölüb

Hindistanda avtobusun dərəyə düşməsi nəticəsində ən azı 7 nəfər ölüb
# 02 yanvar 2020 16:25 (UTC +04:00)

Hindistan Birliyinin Cammu və Kəşmir ərazisində avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 7 nəfər ölüb, 20 nəfərdən çox şəxs yaralanıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Racauri bölgəsindəki Lamberi yaşayış məntəqəsinin yaxınlığında baş verən qəzada ən azı 7 sərnişin ölüb, 20-25 nəfər yaralanıb.

Avtobus Surankot yaşayış məntəqəsindən Cammu şəhərinə hərəkət edirdi. Hadisənin səbəbləri dəqiqləşdirilir. Polisin məlumatına görə, qəzaya səbəb sürücünün diqqətsizliyi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR