AMB: Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək

AMB: Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək
# 05 avqust 2017 07:22 (UTC +04:00)

Azərbaycanın ticarət tərəfdaşlarının bir çoxunun yer aldığı MDB ölkələrində iqtisadi proqnozlar ötən illə müqayisədə yaxşılaşıb.


"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub.


İcmalda vurğulanıb ki, 2017-ci ildə bu ölkələr qrupu üzrə ümumi artımın 1,7% olacağı proqnozlaşdırılır.


"Son 2 ildə resessiya yaşayan Rusiyanın 2017-ci ildə 1,4%-lik artımla tənəzzül zolağından çıxacağı gözlənilir. Yaxşılaşan maliyyə şəraiti, məcmu tələbin canlanması və stabil neft-qaz qiymətləri iqtisadi dirçəlişi şərtləndirən əsas amillərdir. Rusiyadakı bərpa prosesinin investisiya, ticarət kanalları və pul baratları vasitəsilə digər region ölkələrinə də müsbət təsir göstərəcəyi ehtimal olunur", - deyə sənəddə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR