Salyanda istixana tullantılarının yandırılması təsdiqini tapmayıb

Salyanda istixana tullantılarının yandırılması təsdiqini tapmayıb
# 10 avqust 2017 15:15 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Salyan rayonu Qarabağlı kənd sakini Hüseyn Mustafayev tərəfindən kənd ərazisində yerləşən istixanalardan çıxarılan tullantıların yandırılması və kəskin iyin yayılması ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları və Qarabağlı bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

Araşdırmada iştirak etmək üçün şikayətçi H. Mustafayevlə əlaqə saxlanılıb, lakin o, iştirakdan imtina edib.

Sözügedən istixanaların ərazisinə keçirilən baxış zamanı tullantıların yandırılması və kəskin iyin yayılması faktları müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR