Penitensiar Xidmətin (PX) 8 saylı Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirməyə cəhd edilib.
PX-dən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 234.1, 67, 66.3, 93.1.2 və 317.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rəşad Zərbəliyevin yanına qısa müddətli görüşə gəlmiş Kürdəmir rayon sakini Emin Abdullayevin əşyalarına və üzərinə baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,512 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,167 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Aysel Şahmar