Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyul - <span style="color: red;">VİDEO
# 15 iyul 2015 17:13 (UTC +04:00)

Yaxın Şərq strategiyasının yeni mərhələyə keçməsi, deyəsən, özünü çox gözlətməyəcək. ABŞ prezidentinin rusiyalı həmkarının ona etdiyi təklifdən məmnunluq ifadə etməsi bunun ilk siqnalıdır.

İllərdir Rusiyanın dəstək verdiyi Əsəd rejiminin taleyinin necə həll olunacağı barədə Putinin Obamaya mesajı maraqların artıq eyni nöqtədə kəsişməsinin sübutu kimi dəyərləndirilə bilər. Ortaq hədəfin Bəşər Əsəd olacağını söyləmək mübahisəli olsa da, Ağ Ev rəhbərinin "artıq Moskva da anlayıb ki, Suriya rəhbəri ölkəyə nəzarəti itirib" açıqlaması reallıqdır. Əsas hədəf isə başqadır - ortaq düşmən elan edilən İŞİD...

Suriya ərazisinin hazırda 50 faizinin terrorçuların nəzarətində olduğu deyilir. Vaşinqtonun bu müddət ərzində Suriyaya tam gücü ilə müdaxilə etməməsinin səbəblərindən biri Dəməşq rəhbərliyinə Moskvanın dəstəyi idisə, bir tərəfdən də Əsəd devriləcəyi təqdirdə, ölkədə kimlərin hakimiyyətə gələ biləcəyi narahatlığı idi. Bəşər Əsəd rejimini dəstəkləyən digər ölkə İranla Vyana danışıqlarındakı uğurlu nəticə isə sözügedən prosesi daha da sürətləndirəcək. Çünki İŞİD İran üçün də təhlükədir və bunu Tehran da Moskva və Vaşinqton kimi dəfələrlə bəyan edib. Belə olduğu təqdirdə isə Suriyanın, Bəşər Əsədin və İŞİD-in taleyinin necə həll olunacağını görmək, əvvəldə də qeyd etdiyim kimi yəqin ki, çox vaxt aparmayacaq...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR