Bank Of Baku

ETSN: Tikinti şirkətləri ağacları kəsməkdə maraqlı olur

Hikmət Əlizadə

© APA | Hikmət Əlizadə

# 01 fevral 2022 16:21 (UTC +04:00)

“Bakıda yaşıllığın az olması, kütləvi kəsilməsi xüsusən tikinti şirkətlərinin payına düşür".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, digər halda vətəndaş evinin qarşısındakı ağacı bilərək və ya bilməyərək zədələyir: “Tikinti şirkətləri ağacları kəsməkdə maraqlı olur. Şirkətlər bilməlidir ki, boş ərazi alıb tikinti aparırsa, qanunvericiliyə əsasən, həmin ərazidə 40 faiz yaşıllıq salmalıdır. Mövcud ərazidə hansısa bina sökülüb əvəzinə bina tikilirsə, 25 faiz ərazidə yaşıllıq təmin olunmalıdır. Təəssüf ki, tikinti şirkətləri götürdükləri ərazidə onlara maneçilik törədən ağacları bəzən gecə saatlarında bəzən başqa üsulla məhv edirlər. Bu da yaşıllığa böyük ziyan vurur”.

O qeyd edib ki, ötən il tikinti şirkətləri ilə bağlı 25 fakt müəyyənləşib, onlardan 18-i prokurorluq orqanlarına təqdim edilib və cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR