Azərbaycanda 200-dən çox mağazada "Tax free" sistemi tətbiq olunur

Azərbaycanda 200-dən çox mağazada "Tax free" sistemi tətbiq olunur
# 02 noyabr 2016 09:21 (UTC +04:00)

31 oktyabr 2016-cı il tarixinə olan vəziyyətə görə, "Tax free" sistemi 31 vergi ödəyicisinə məxsus 204 mağazada tətbiq edilir". "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetində yer alan məlumatda deyilir.

Oktyabrın sonuna bu sistem çərçivəsində 59 xarici dövlətin vətəndaşına 2,962 min faktura verilib.

ƏDV daxil olmaqla, həmin fakturalar çərçivəsində alışların dəyəri 4 mln. 850,8 min manat təşkil edir. Qaytarılan ƏDV-nin məbləği 493,3 min manat səviyyəsində qiymətləndirilir. Bununla belə, xarici vətəndaşlar tərəfindən 492,6 min manat əlavə dəyər vergisi geri qaytarılıb.

"Tax free" sisteminin operatoru Vergilər Nazirliyidir.

Sistem alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. Xərclərin məbləği 300 manatdan çox olmalıdır. Bura istehsal, yaxud kommersiya məqsədləri ilə bağlı xərclər daxil deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR